Oğurluq etdikləri evi yandıran şəxslər saxlanılıb

img

29-04-2019 [10:58]


Aprelin 25-də Yevlax şəhər ərazisində Nizami Cavadova məxsus evin yanması barəsində Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən xəbərə görə, məlumatdan sonra polis əməkdaşları tərəfindən dərhal muvafiq tədbirlər görülüb.

Peşəkarlıqla və "isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanğın hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkumluqları olan İsmayıl Məmmədov və Emin Qovayev saxlanılıb.

Davam etdirilən tədbirlərlə onların yanğın hadisəsini törətməmişdən əvvəl evdən 3000 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdiklər cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub