"Belə şeylər məni yıxa bilməz" - Xalq artisti

img

28-04-2019 [14:08]


Xalq artisti Nazpəri Dostəliyeva qardaşı qızı Ağalar Dostəliyevin övladı olduğunu deyən Pərvanə Dostəliyeva ilə yaşadığı qalmaqaldan sonra ilk dəfə "Gündən günə" verilişinin qonağı olub. 

Müğənni haqqında yayılan dedi-qodularla bağlı sualları cavablandırıb. O bildirib ki, heç bir qalmaqal onun sənətinə və səhhətinə təsir etməz:

"Bu gün çıxmamışam. Məndən öncə də əsrlər boyu böyük sənətkarlarımız şayiələrdən, böhtanlardan, yalanlardan əziyyət çəkib. Allah məni o qədər güclü yaradıb ki, sinə gərmişəm. Mənim səsimə, xarici görünüşümə, ürəyimə pis təsiri olmayıb, olmaz da. 

Bir sənətkarı Allah ucaldıbsa, yüz min bəndə onun əlindən dartsın yıxacam, mümkün deyil. Böyük sənətkarlarımızda da bu dözüm, qüdrət olub. Ona görə də heç bir böyük sənətkarın söz-söhbətdən yıxılmaz".

Axşam.az

Digər xəbərlər
SON XƏBƏRLƏR