Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, azı 10 nəfər xəsarət alıb

img

27-04-2019 [20:07]


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR