Sumqayıtda evləri yağmalayan keçmiş məhkum tutuldu

img

27-04-2019 [14:15]


Sumqayıt şəhərində evlərdən oğurluq edən şəhər sakini tutulub.

 DİN-dən Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan, habelə cibgirlikdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR