Şriftin ölçüsü / 376 dəfə oxunub

Murad Dadaşovla Faiq Ağayevə vəzifə verildi - Təyinat

27 Aprel 2019 [13:00]

Xalq artisti Faiq Ağayev ATV-nin Bədii Şurasına üzv təyin olunub.

Müğənni bu barədə məlumatı müğənni sosial şəbəkədə status yazıb. O bildirib ki, dünən şuranın ilk iclası keçirilib.

"Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi. Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.

Sosial şəbəkələrdə yayılan məlumata görə, digər Xalq artisti Murad Dadaşov da sözügedən Şuraya üzv seçilib.




SON XƏBƏRLƏR