Şri-Lankanın Kalmunai şəhərində üç partlayış və ardınca atışma baş verib

26-04-2019 [21:29]
Şri-Lankanın Kalmunai şəhərində üç partlayış baş verib.

"Report” "News1st”a istinadən xəbər verir ki, bu barədə hərbçilər məlumat verib.

Təfərrüat hələlik açıqlanmır.

Yerli KİV polisə istinadən xəbər verib ki, təhlükəsizlik qüvvələri intihar jiletlərinin hazırlandığı ehtimal olunan ərazidə yoxlama aparmağa hazırlaşarkən partlayışlar baş verib. Bundan sonra polislə naməlum şəxslər arasında atışma olub.


SON XƏBƏRLƏR