Nazir Prezidentə şərt irəli sürdü: "Bunar üstə-üstə düşsə, bir yerdə işləyə bilərik"

img

26-04-2019 [16:39]


Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin yeni seçilən Prezident Vladimir Zelenski ilə işləmək üçün şərtlərini açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, nazir yeni hökumətdə təmsil olunmasının iki məsələdən asılı olduğunu deyib. 

P.Klimkin bildirib ki, bunlar qarşılıqlı istək və üstünlük verdikləri məsələlərdə mövqelərin üst-üstə düşməsidir: "Mənim prinsip və dəyərlərim var. Əgər bunlar üst-üstə düşsə və işləmək üçün qarşılıqlı istək olsa, onda biz danışacağıq. 5 ildə gördüyümüz işlərdən imtina etmək niyyətində deyiləm”.

Məlumata görə, bir müddət əvvəl V.Zelenski Ukraynanın Baş Naziri Vladimir Qroysmanla gizlicə görüşüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR