Polis rəisi vəzifəsini icra edə bilmədiyinə görə istefa verdi

img

26-04-2019 [15:21]


Şri-Lankanın polis rəisi Pucith Cayasundaru istefa verib.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun ölkədə silsilə terror aktlarının qarşısını ala bilməməsinə görə belə addım atıb.

Bu barədə ada dövlətinin prezidenti Maytripala Sirisena məlumat verib: "Baş polis inspektoru istefa verib. Mən yaxın vaxtlarda yeni baş inspektoru təyin edəcəyəm”.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada 8 partlayış törədilib. Nəticədə 300-dən çox insan ölüb, 500-ə yaxın yaralı var. Ölənlər arasında iki Türkiyə vətəndaşı da olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub