25-04-2019 [22:34]
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri qəbul edib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişaflna böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Ramil Usubov qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələrin bu gün də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə diplomata məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.
O da qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, əcnəbilərin, o cümlədən xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə önəmli addımlar atılıb.
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri kimi qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələsinə toxunan nazir xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdırıb, antiterror koalisiyasında yer alan dövlətimizin bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə öz töhfəsini verdiyini qeyd edib.
Bildirilib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizənin kompleks və sistemli şəkildə aparılması üçün ölkəmizdə 2004-cü ildən başlayaraq 3 Milli Fəaliyyət Planı icra olunub, geniş qanunvericilik bazası formalaşdırılıb. Bunun davamı kimi, cari ildə yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.
Səfir Örl Litzenberqer səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanda olduğu qısa müddət ərzində istər ölkə vətəndaşları, istərsə də əcnəbilər üçün yaradılmış təhlükəsiz şəraitdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib.
O, cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Birləşmiş Ştatlar tərəfindən müsbət qiymətləndirildiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb