Salyanda yol qəzası olub, 7 nəfər xəsarət alıb

25-04-2019 [19:44]
Salyan rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "QAZel” markalı avtomobillə "Mercedes markalı minik maşını toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR