Bakıda evlərin qiyməti artıb - Ekspert yenə bahalaşma anonsu verir

img

25-04-2019 [18:53]


"Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Bu barədə "Report”a bazarı araşdıran MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: "Bu özünü bazarda müşahidə olunan aktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: "Belə ki, qiymət artımının, təqribən, 6-8% civarında olması gözlənilir".

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki, 5-6%-lik artım olsun: "Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: "Xaricilərin - ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR