warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir Link kısalt mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü Warez forumu hacklink al
Şriftin ölçüsü / 129 dəfə oxunub

"İlin gənc müəllimi-2019"un qaliblərinə pul mükafatı veriləcək - MƏBLƏĞ

25 Aprel 2019 [17:25]
"İlin gənc müəllimi-2019" müsabiqəsinin I mərhələsinə qeydiyyat davam edir.

"Report" xəbər verir ki, AzEdu.az təhsil portalı və "Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin gənc müəllimi-2019" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Layihə 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər. 2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

Bu mərhələdə 50 müəllim seçiləcək və adları ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.

I yerin qalibi – 1000 AZN

II yerin qalibi – 500 AZN

III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.

Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

Müsabiqənin I mərhələsi üzrə qeydiyyat mayın 20-si saat 17:00-dək davam edəcək.  

Qeyd edək ki, "İlin Gənc Müəllimi - 2019” müsabiqəsinə aprelin 23-də start verilib. 


SON XƏBƏRLƏR