Gül, Akar, Kılıçdaroğlu və Gök arasında maraqlı dialoq: "Mən də nazirdən şikayət etmək istəyirdim..."

25-04-2019 [17:19]

Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə CHP lideri Kamal Kılıçdaroğlu müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Abdulhəmid Gül və CHP-li Levent Gök arasında maraqlı dialoq yaşanıb.

Mia.az xəbər verir ki,  4-lü dialoqda CHP lideri Kamal Kılıçdaroğlunun Ankarada şəhid dəfnində üzləşdiyi hücum müzakirə edilib.

Tərəflər arasında belə dialoq yaşanıb: 

Abdulhəmid Gül: Xoş gəldiniz, başqanım.

Kılıçdaroğlu: xoş gördük.

Levent Gök: mən də Daxili işlər Nazirliyi haqqında şikayətlərimizi vermək istəyirəm

Kılıçdaroğlu: məncə, heç bir sıxıntısı yoxdur, verə bilərsən

Söhbətin bu yerində Gök Akara  üzünü tutaraq deyir: "Hər kəs sözlərinə diqqət etməlidir. Gərginliyi artıracaq fikirlərdən uzaq durmalıdır".

Akar da şəxsinə qarşı şəhid dəfnində etdiyi çıxışa görə haqsız tənqidlərin olduğunu bildirib.

Qeyd edək ki, CHP liderinə hücum zamanı Akarın mikrafonda camaata müraciətdə "Arkadaşlar, gərəkli mesajınızı verdiniz" sözləri narazılıq yaradıb.

Qeyd edək ki, bu 4-lü müzakirədən az sonra Ərdoğan zala gəlib. O, Kılıçdaroğluna yaxınlaşıb, salamlaşıb.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Ankarada şəhid dəfnində Kılıçdaroğluna hücum olmuşdu. Hücum edənlər həbs olunsa da, səhəri azadlığa buraxılıblar.

Mia.az



SON XƏBƏRLƏR