"O fotolar 2011-ci ildə çəkilib" - “İçərişəhər” İdarəsi xüsusi açıqlama yaydı

img

25-04-2019 [16:15]


"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhər ərazisindəki tikinti ilə bağlı son günlər yayılan xəbər və iddialarla bağlı bu gün açıqlama yayıb.

İdarədən Mia.az-a verilən məlumata görə, İçərişəhərdə tikinti ilə bağlı dünəndən paylaşılan fotogörüntülər 2011-ci ildə çəkilib: "Həmin görüntülər  həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir.

İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür.

Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.

Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnib”.

Məlumatda daha sonra bildirilib ki, "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb: "Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR