İçərişəhərin qala divarları məhv edilir, ittifaq sədri isə "Mən buna münasibət bildirmirəm" deyir

img

25-04-2019 [15:12]


Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

Mia.az xəbər verir ki, o, "Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: "Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR