Putin Zelenskinin qələbəsinə belə reaksiya verdi: "Burada dəyərləndiriləsi nə var?"

25-04-2019 [14:13]
"Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.

"RT” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayanda keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib. 

O, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyinin rəsmi Kiyevdən asılı olduğunu söləyib: "Bu Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydad edə bilmərik”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb/Report.  


SON XƏBƏRLƏR