Elman Rüstəmovun kürəkəni, Əhmədzadənin oğlu... - İndi də Türkiyədə yeni şirkət açdılar

25-04-2019 [13:07]
Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə xaricdə yeni şirkət təsis edib.

Mia.az xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. 

O, bildirib ki, C.Əhmədzadə Türkiyədə HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb.

Nizamnaməsinə görə, şirkət topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzərindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq və daşınmaz əmlaklar əldə edəcək. 

Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən şəxsin həyat yoldaşı ilə birlikdə Avropanın müxtəlif ölkələrindəki biznesləri ilə bağlı sənəd və fotolar yayılıb.

Onu da qeyd eədk ki, Cüma Əhmədzadə Mərkəzi Bankıən sədri Elman Rüstəmovun kürəkənidir.

Mia.az


SON XƏBƏRLƏR