Bakıda soyğunçuluq edən Ağdam rayon sakini tutulub

img

25-04-2019 [12:03]


Bakıda soyğunçuluq edən Ağdam rayon sakini tutulub.

​DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş T.Zeynalov olduğu müəyyən edilib.

​Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR