Bu gün Abşeronin bəzi ərazilərində işıq olmayacaq

img

25-04-2019 [11:14]


Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən verilən məlumata görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR