Rəsmi Ankara Trampa 500 min müsəlmanın qətlini xatırlatdı, Ərdoğan isə ermənilərə müraciət etdi

img

24-04-2019 [21:53]


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın bu gün 1915-ci il hadisələri ilə bağlı çıxışında işlətdiyi "böyük fəlakət” ifadəsinə etiraz bəyanatı yayıb.

Mia.az xəbər verir ki, bəyanatda 104 il əvvəl baş verən hadisələrlə bağlı ortaq komissiya yaratmaq təklifi yenidən qabardılıb və bildirilib ki, Trampın qeyd etdiyi "böyük fəlakət" ifadəsi tamamilə əsassızdır: 
"Tarixin daxili mülahizələrlə saxtalaşdırılması əsla qəbul edilə bilməz".

Bəyanatda daha sonra 1915-ci illərdə 500 mindən artıq müsəlmanın qətl edildiyi xatırlanıb: "Prezident Trampı ədalətli olmağa dəvət edirik”.

Xatırladaq ki, bu gün Prezident Ərdoğan da ermənilərə müraciət edib. O, ermənilərə "xarici fürsətçilərə imkan verməyin", - deyə çağırış edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı