50-dən çox Azərbaycan təşkilatı Putinə müraciət etdi: "Qara səhifələrlə dolu olan keçmişin qapıları..."

img

24-04-2019 [17:40]


Akademik Fazil Qurbanovun rəhbərliyi ilə Rusiyadakı Azərbaycan ictimai təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə əlaqədar RF Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. 

Mia.az xəbər verir ki, müraciəti Rusiyanın 50-dən çox Azərbaycan diaspor təşkilatlarının rəhbərləri imzalayıblar.

Məktubda deyilir: "Çox hörmətli Vladimir Vladimiroviç! 

Bu gün Rusiya son iyirmi ildə həyata keçirilmiş böyük tədbirlər sayəsində qüdrətli dövlətlərdən birinə çevrilib. Dünyada heç bir problem Rusiyanın iştirakı olmadan öz həllini tapa bilməz. Biz dünyada dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə Rusiyanın siyasətini dəstəkləyirik.

Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-İran münasibətlərinin genişlənməsi və möhkəmlənməsi bu gün regionda sülhə və sabitliyə kömək edir. Biz, həmçinin İslam dünyasına qarşı Qərbin "qəhvəyi taun” - yeni xaç yürüşünə qarşı mübarizəyə Sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Biz, Rusiya azərbaycanlıları əminik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məhz Sizin bilavasitə iştirakınız problemin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə əsaslanan düzgün ədalətli həlli yollarını tapmağa kömək edəcək. Bu, Azərbaycan və erməni xalqları üçün həyati əhəmiyyətli məsələdir! 

Qara səhifələrlə dolu olan keçmişin qapılarını bağlamağın və sülhün və tərəqqinin üstünlüyünü təmin edəcək gələcəyə qapı açmağın vaxtıdır! Bunu yalnız Siz – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin edə bilər!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı