Zaqatalada heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir

img

24-04-2019 [17:58]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Zaqatala Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 60 715 baş iribuynuzlu, 137 802 baş xırdabuynuzlu, 4 369 baş təkdırnaqlı, 329 125 ev quşu, 30 647 arı ailəsinə baytarlıq xidməti göstərir.

Bu barədə Mia.az-a DBX-dən verilən məlumata görə, cari ilin ilk günlərindən başlayaraq rayonun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Heyvanlar arasında tədbirlər 19 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır:

"Hazırda Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Əliabad qəsəbə sakini Həsənov Nəzirə məxsus 102 baş iribuynuzlu və 220 baş xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda, eləcə də həmin qəsəbə sakini Qarayev Sayada məxsus 48 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu və digər heyvanlarda müvafiq epizootik tədbirlər icra edilib. Qeyd edək ki, Əliabad qəsəbəsinə daxil olan ərazidə 72 000 baş iribuynuzlu heyvan, 4 071 baş xırdabuynuzlu heyvan 25 410 baş quş, 539 baş at və 1 757 arı ailəsi mövcuddur. Ümumiyyətlə, isə rayonun 32 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən təsərrüfatlarında 60 341 baş iribuynuzlu, 3 709 baş təkdırnaqlı heyvanda qarayara, 3 443 baş itdə quduzluq, 278 572 baş cücədə ("La-sota” ştammı ilə) və 63 086 baş quşda ("H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2 765 baş iribuynuzlu və 83 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 15 062 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb.

Fevral ayından Zaqatala rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 60 908 baş iribuynuzlu və 38 181 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 24 989 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında peyvəndləmə tədbirləri "soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Zaqatala rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

"Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı