Şriftin ölçüsü / 134 dəfə oxunub

Binəqədinin yol dərdi - Şikayət

24 Aprel 2019 [17:12]
Binəqədidə yol problemi həll olunmur. 

Mia.az-a məktub göndərən Binəqədi kəndi C. Cabbarlı küçəsinin sakinləri yollarının bərbad vəziyyətindən şikayətçidir.

Şikayət məktubunda sakinlər bildirir ki, hər dəfə yağış yağdıqda kəndin yolları keçilməz olur. Vəziyyət o həddə çatır ki, uşaqlar palçıqlı yollardan keçib məktəbə gedə bilmir. Ərazidə 170 saylı marşrut işləsə də məktəb yolu bərbad olduğundan şagirdlər məktəbə çətinliklə gedirlər. Qəsəbəyə təcili tibbi yardım maşını da çətinliklə girir.

Sakinlər yolların düzəldilməsi ilə bağlı bələdiyyəyə dəfələrlə müraciət etsə də, nəticə olmur. Hətta bir neçə dəfə bələdiyyə ərazi sakinlərindən yolların təmiri məqsədi ilə pul da toplayıb, lakin buna baxmayaraq yollar düzəlmir. 

Xatırladaq ki, şəhid Emin Bağırovun da evi sözügedən küçədə yerləşir. Ancaq yerli icra hakimiyyəti və bələdiyyə problemi həll etmək istəmir.


SON XƏBƏRLƏR