Rəsmi Ankara ABŞ-a "diplomatik" mesaj göndərdi: "F-35-ləri satmasanız, başqa yerdən alarıq"

img

24-04-2019 [16:26]


Xəbər verdiyimiz kimi, bu Rusiya S-400-lərin Türkiyəyə təslim ediləcəyi tarixi açıqlayıb.

Məlumata görə, bu ilin iyul ayında S-400-lər Türkiyəyə göndəriləcək.

Bəs, bu raketlərin alınması ABŞ-ın F-35-ləri göndərməsinə mane olmayacaqmı?

Mia.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

O, Türkiyənin yeni qırıcılara ehtiyacı olduğunu gizlətməyib: "Ancaq "mən belə istədim, Türkiyə o prosesdən çıxacaq" deyə bir şey ola bilməz. Beynəlxalq hüquq var. Və biz haqqımızı orada axtararıq. Bəli, ən pis ssenaridən danışsaq, bzim yeni qırıcılara ehtiyacımız var.  F-35-lər olmazsa, biz yenə ehtiyacımız olan qırıcını başqa yerdən almaq məcburiyyətində qalacağıq. Ta öz istehsalımız olana qədər belə edəcəyik. İndidən öz qırıcılarımızı istehsal etmək üçün böyük çaba göstəririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı