Şriftin ölçüsü / 380 dəfə oxunub

Anar Xalidə Bayramovanı müdafiə etdi: "Bu məsələyə necə məsuliyyətlə yanaşmasını bilirəm"

24 Aprel 2019 [15:11]

Xalq yazıçısı Anar 162 saylı məktəbin ayın əvvəlində intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında yazıb.

MİA.az Musavat.com-a istinadən Xalq yazıçısının yazısını oxucularına təqdim edir.

"Yeniyetmə Elinanın intiharı hamı kimi məni də dərindən sarsıtdı. Qarşıda böyük ömür yolu olan məsum qızcığazın həyatının belə erkən çağında dünyayla vidalaşması böyük təəssüf hissiylə bərabər ağır düşüncələr də oyadır. Belə bir addıma onu təhrik edən səbəblər, ətrafdakıların bir-birinin halına, ovqatına, qayğılarına, duyduqlarına ən azı laqeyd, biganə münasibəti günümüzün acı həqiqətlərindəndir.

Bu itkinin ən ağır iztirabını əlbəttə yaxınları, ailə üzvləri çəkir, onların kədərini paylaşır və dərin hüznlə başsağlığı verirəm.

Şübhəsiz obyektiv istintaq bu faciədə kimin nə dərəcədə təqsirkar olduğunu aşkarlayacaq, amma hələ istintaq tamamlanmamış kimisə «niyə ora gəldi, nə üçün gəldi, saat neçədə, hansı dəqiqədə hadisəyə müdaxilə etdi» üstündə suçlamaq, məncə, ədalətsizlikdir. Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam. Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm".




SON XƏBƏRLƏR