“Biz birləşməli, ermənilərə qarşı birgə mübarizə aparmalıyıq"

img

24-04-2019 [14:18]


"Ermənilərdən Türkiyəyə və Azərbaycana qarşı məkirli niyyətlər üçün istifadə edirlər”.

Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov YAP-da keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı "dəyirmi masa"da deyib. 

Onun sözlərinə görə, ermənilər də bu oynadıqları rola görə öz paylarını alırlar: "Biz birləşməli, ermənilərə qarşı birgə mübarizə aparmalıyıq. Diaspor sahəsində də mübarizəmizi gücləndirməliyik. Bəzi diaspor təşkilatları öz fəaliyyətlərini Azərbaycan dövlətindən aldıqları vəsait hesabına qurmaq istəyirlər. Ancaq bu, düzgün yol deyil. Biz milli məsələlərdə biz hamımız vahid mövqe nümayiş etdirməliyik”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR