Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

24-04-2019 [14:07]


Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə gün ərzində havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı