Sərhəddən 11 min dərman keçirmək istədi - Foto

img

24-04-2019 [12:29]


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 115 CDI” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

MİA.az xəbər verir ki, bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində "Tamoksifen 20 mq" markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə "Tamoksifen 20 mq" markalı 11400 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı