Suriyada partlayış baş verib, 11 nəfər ölüb, 27 nəfər yaralanıb

img

24-04-2019 [13:23]


Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində 11 mülki şəxs ölüb, 27 mülki şəxs isə yaralanıb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə Mülki Müdafiə Xidmətinin əməkdaşları cəlb olunub.

Partlayış nəticəsində ətrafdakı binalara və xeyli sayda avtomobilə ziyan dəyib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı