Bakıda piyadanı vuran daha bir sürücü tutuldu

img

24-04-2019 [13:51]


Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən "Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı