Şriftin ölçüsü / 223 dəfə oxunub

General Kərim Vəliyev Moskvada: "Real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları və..."

24 Aprel 2019 [12:15]
"Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirakına böyük əhəmiyyət verir”.

Bunu "Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkə kimi beynəlxalq təhlükəsizliyə baxışların formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edən problemləri gündəliyinə çıxaran VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında öz iştirakını vacib hesab edir.

 "Bu konfransın aktuallığı ondan ibarətdir ki, burada hər il qlobal və regional təhlükəsizliyin əsas problemləri nəzərdən keçirilir və müzakirə olunur, real və yeni yaranan təhdid və risklərin aradan qaldırılması yolları və istiqamətləri müəyyən edilir, habelə digər vacib məsələlərə dair təcrübə və fikir mübadilələri aparılır. Forum çərçivəsində keçirilən görüşlər zamanı fikir mübadiləsi apararaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların nəzərinə çatdırmaq, həmçinin ictimaiyyətinin diqqətini həll olunmaması səbəbindən Azərbaycan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinə əsas təhdid təşkil edən bu münaqişəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ikili standartlara yönəltmək imkanı yaranır”, - general-leytenant qeyd edib.


SON XƏBƏRLƏR