Rusiyanın müdafiə naziri: "Dondurulmuş münaqişələr aktivləşdirilir"

img

24-04-2019 [12:29]


"Münaqişə potensialı dünyanın bir çox regionlarında artmaqdadır".

Bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində bildirib.

"İndi əsas tendensiya dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasıdır. Dondurulmuş münaqişələr aktivləşdirilir. Yeni potensial silahlı qarşıdurma ocaqları yaranır, onların əksəriyyəti xaricdən qızışdırılır", - Rusiya Müdafiə naziri deyib.

S.Şoygu həmçinin Yaxın Şərqdə münaqişələrin davam etdiyini söyləyib.

"Yəməndə döyüşlər davam edir. Liviyadakı münaqişə yeni mərhələyə qədəm qoyur. Suriya və İraqda gərginlik qalmaqdadır. Afrikada terror qruplaşmalarının aktivliyi artır", - nazir vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı