Xətai rayonunda maşın qaçıran iki nəfər tutuldu

img

24-04-2019 [11:25]


Bakıda vətəndaşın avtomobilini qaçıran şəxslər yaxalanıb.

Mia.az DİN-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, NZS qəsəbəsi, A. Qurban küçəsi ev 25-fə yaşayan, 1981-ci il təvəllüdlü Mustafayev Teymur Əliqulu oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus "Lada 2115" markalı 10-RV-715 dövlət nömrə nişanlı avtomobil evinin qarşısından gecə saatlarında qaçırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış, əvvəllər məhkum olunmuş, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Cavadov Xəyal Ənvər oğlu və Bakı şəhər sakini İbrahimov Orxan Yaşar oğlu saxlanılıb.

T.Mustafayevə məxsus avtomobil saz vəziyyətdə cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq