"S-400-lər NATO sistemini düşmən kimi tanımayacaq, əgər F-35-lər satılmasa, B planı işə düşəcək" - Rəsmi Ankara

23-04-2019 [23:12]
Rusiya istehsallı S-400 zenit-raket kompleksləri NATO sistemlərini düşmən kimi tanımayacaq".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Rusiyadan S-400 raketlərinin alınması məsələsi bitib: "Bu barədə hər hansı bir anlaşılmazlıqdan söhbət gedə bilməz".

Bu arada isə S-400-lərin alınmasına görə ABŞ-ın F-35 qırıcılarının satışını dayandıracağına isə Milli müdafiə naziri Hulusi Akar cavab verib.

O deyib ki, gündəmdə belə bir məsələ olsa da, ortada real dəqiq qərar yoxdur: "Hələki ABŞ-da 4 pilotumuz təlim keçir, yaxın günlərdə 2 pilot da göndəriləcək.  Bizə F-35-lərlə bağlı əmin heç nə deyiməyib. Proses gedir".

Akar deyib ki, F-35-lərlə bağlı problem yaranarsa, digər variantları nəzərdən keçiriləcək: "Bizim qısa, orta və uzun müddətli B planlarımız da var".
 
Türkiyə mətbuatı yazır ki, S-400-lər ölkənin cənub və qərbində quraşdırılacaq.

İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

Mia.az


SON XƏBƏRLƏR