General bələdiyyə sədrlərinin əlini havada saxladı, görüşməkdən imtina etdi - FOTO

23-04-2019 [21:19]
Bu gün Qarsda 23 aprel - Uşaqlar Günü ilə bağlı keçirilən mərasimdə maraqlı anlar qeydə alınıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdən əvvəl mərasim məkanına gələn 14-cü mexaniki Piyada Ordu komandanı, general Özgür Nuhut protokol qonaqlarından olan Qarsın HDP-li Bələdiyyə həmsədrləri Ayhan Bilgen və Şevin Alacanın salamlaşma istəklərini geri çevirib.

Belə ki, general onların əlini havada saxlayıb, görüşməkdən imtina edib. 

Diqqətçəkən digər məqamlardan biri də o olub ki, qarşı tərəf generalın bu hərəkətini sakit qarşılayaraq, yerlərinə keçiblər. 



SON XƏBƏRLƏR