"Ciddi təhdid edirlər, özümün və ailəmin həyatından narahatam" - Baş məşqçini Azərbaycanda kimlər təqib edir?

img

23-04-2019 [16:55]


"Füzuli” FC-"Bakı” FC matçının nəticəsi ilə razılaşmayan, oyunun satıldığını iddia edən və bununla bağlı əlində faktlar olduğunu açıqlayan bölgə təmsiçisinin baş məşqçisi Vasif İsmayılov AFFA-da olub. 

Vasif İsmayılov danışılmış oyunlar haqqında topladığı dəlil-sübutları Region Liqasının İşçi qrupunun üzvlərinə və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə təqdim edib. 

O, "Futbol+” qəzetinə açıqlamasında bildirib ki, hələlik bu haqda danışmaq istəmədiyini deyib: "İndi Bakıdayam, buna görə də danışmaq istəmirəm. Məni çox təhdid edirlər. Başıma bir iş gələcəyindən çəkinirəm. Bu üzdən Füzuliyə qayıtdıqdan sonra açıqlama verə bilərəm”. 

Vəziyyətin ağır olduğunu deyən baş məşqçi bəzi sualları cavablandırıb. "Artıq mənə futbol lazım deyil. Sakit həyat yaşamaq istəyirəm. Özümün, ailə üzvlərimin həyatına görə narahatam. Bu arada məni çox təhdid etdilər, müxtəlif yollarla qorxutmağa çalışdılar. Mənə lazımdı bu?”.

Təhdid edilən şəxsin kim olduğunu isə ancaq prezidentlə danışanda bildirəcəyini söyləyib: "Mən bunu ölkə başçısına açıqlaya bilərəm ancaq. Çünki artıq heç kimə inamım qalmayıb. Bir yerdə ki, kimsə özünü yalandan polis polkovniki kimi təqdim edir. Daha nə danışım?”.

Bəs özünü polis polkovniki kimi təqdim edən kimdir? "Füzulidə baş tutan cavab qarşılaşması günü idi.  Saat təminən 11-ə işləmişdi. Gördüm Hakimlər Komitəsində çalışan Elçin Məmmədov artıq oradadır. Salamlaşandan sonra "başa düşmürəm, siz niyə həmişə FC Baku”nun oyunlarında olursuz?” dedim. Doğrudan da bu komandanın əhəmiyyətli matçlarının hamısında Məmmədov nümayəndə olub. Tutaq ki, Bakıda baş tutan ilk görüşdə inspektor idi, bəs bu dəfə? Həmin gün Sumqayıtda "Uğur” – "Energetik” matçı ola-ola ora getməyib, Füzuliyə getməsi mənə maraqlı gəldi. Hərçənd ki, bu gəlişin arxasında nəyin dayandığını yaxşı bilirdim. Bilirsiz, mənə cavabı nə oldu? Bu sualları Rövnəq müəllimə ver. Sən demə, yenə bizim oyunumuza inspektor kimi təyinat alıb. 

Başa, düşmürəm ki, AFFA-da başqası yoxdur ki, Elçin yenə təyinat alır? Hamı hamını yaxşı tanıdığını söyləmişdim ki, "mən polkovnikəm” deyib, üzünü polislərə tutaraq "bunu tutun” göstərişi verdi. Oyundan öncə komandanın baş məşqçisini tutduran inspektorun marağı nə ola bilər? 

Məndən sonra komandanın idman direktoru gəldi və onu da tutduracağı ilə hədələdi. Artıq hər şey aydın idi. Ona görə də paltardəyişmə otağına girib futbolçularıma "Elçin bura gəlib, bu oyunda qapımıza heç nədən penalti veriləcək, meydandan qovula bilərsiz. Ona görə də, bir qədər ehtiyatlı oynayın” tapşırığını verdim.

Hər şey də düşündüyüm kimi oldu. Matçdan sonra iradımı bildirəndə "AFFA-ya şikayət et” dedi. Bu gün artıq bütün sübutları assosiasiyaya təqdim etdim. Bundan başqa da AFFA-da olanda Elçindən Füzuliyə gəlməsi ilə bağlı ezamiyyə vərəqini isədim. İstənilən hakim-inspektor Füzuliyə gələndə onun ezamiyyə vərəqinin üstünə "Füzuli” möhürü vurulur. Bunu hamı yaxşı bilir. Maraqlandıqda məlum oldu ki, Elçin Məmmədovun nə ezamiyə vərəqəsi var, nə də polkovnikdir. Sən demə, yalandan, özünü belə təqdim edirmiş. Bütün bunlardan sonra nə futbol istəyirəm, nə də başqa şey. Sadəcə, mənə sakit baş lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı