"Avropa İttifaqı ilə sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb" - Nazirlik spikeri təkzib etdi

img

23-04-2019 [16:37]


"Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulmayıb".

Bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

"Çünki ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - XİN rəsmisi əlavə edib/Report.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında sazişin may ayının 13-də imzalanacağını bu gün parlamentin iclasında spiker Oqtay Əsədov deyib.

Belə ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir: "Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR