Azərbaycan XİN başçısının müavini Ukraynaya gedib

img

23-04-2019 [15:26]


Aprelin 23-də Kiyevdə GUAM Milli Koordinatorları Şurasının növbəti iclası keçirilir.

"Report" xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

GUAM Milli Koordinatorları Şurasının iclası çərçivəsində Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə Mahmud Məmmədquliyev arasında görüş keçirilib. 

Görüşdə iki ölkə arasında, o cümlədən nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR