Pay torpaq sahələri vergiyə cəlb olunacaq - Hər kəs nə qədər pul ödəyəcək?

img

23-04-2019 [14:12]


Bu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Mia.az Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə istinadən bildirir ki, "Sosial sığorta haqqında" Qanunun 14.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. 

Burada I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər nəzərdə tutulub.

Fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. 

Beləliklə, qanunvericilikdə fiziki şəxslər tərəfindən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara görə sosial sığorta haqqının ödənilməsi həmin torpaqlardan istifadə ilə şərtləndirilib. Bu maddəyə əsasən, fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim olunmalıdır.

Eyni zamanda, kənd təsərrüfatına yararlı torpaqlarını icarəyə verən mülkiyyətçilər də məcburi dövlət sosial sığorta haqqı ödəmirlər. Belə ki, "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növünə aid edilib.

Bundan əlavə, icarəyə götürülən kənd təsərrüfatına yararlı torpaqlar üzrə icarəyə götürən şəxs də Qanunun 14.5.6-cı maddəsi ilə müəyyən olunmuş qaydada sosial sığorta haqqı ödəmir. Bu halda digər şəxsin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı icarəyə götürən şəxs həmin Qanunun 14.5.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada sosial sığorta haqqı hesablayıb ödəyir. Bu maddəyə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən torpaq icarəçiləri minimum aylıq əməkhaqqının 25 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. 

Ancaq bu müddəa 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Buna qədər isə "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə həmin qanunun keçid müddəlarına əsasən, kənd təsərrüfatına yararlı torpağı icarəyə götürən şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 20 faizi məbləğində sığorta haqqı ödəməlidirlər.

Ümumilikdə isə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqlar olan bütün fiziki şəxslər həmin torpaq sahələrini, istifadə edib-etməməyindən asılı olmayaraq, vergi orqanlarında uçota aldırmalıdırlar.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı