Nazarbayev istefasından danışdı, belə ağladı - VİDEO

23-04-2019 [11:53]

Qazaxıstanın ilk Prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev partiya qurultayında üç ildən çoxdur istefaya hazırlaşdığını bildirib.

Qazaxıstan KİV-ləri xəbər verir ki, Nazarbayev ölkəyə rəhbərlik etdiyi 30 illik müddətdə ölkə üçün etdiklərinə görə özünü xoşbəxt insan adlandırıb.

Yekun nitqindən və partiya üzvlərinin Kasım-Jomart Tokayevin prezidentliyə namizəd olmasına səs verməsindən sonra Nursultan Nazarbayev kövrəlib.

O hətta "Ölkəm mənim" mahnısı səslənərkən göz yaşlarını saxlaya bilməyib/Report.

 



SON XƏBƏRLƏR