“DÖVLƏT QULLUĞU” jurnalının 2019-cu il 2-ci nömrəsini çap edib

img

23-04-2019 [10:14]


Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna hazırlaşanlar üçün "DÖVLƏT QULLUĞU” jurnalının 2019-cu il 2-ci nömrəsini çap edib

Mia.az DİM-ə istinadən bildirir ki, bu nömrədə "Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”, "Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (01.04.2019-cu il tarixə)”, "Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərin siyahısı (03.01.2019 – 01.04.2019)”, "Ehtiyat kadrlar üzrə 2019-cu ilin I rübü ərzində görülən işlərə dair məlumat” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR