Rusiya Ermənistana 18 qırıcı göndərəcək

23-04-2019 [09:37]

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan "MiQ-29" təyyarələrini "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək.

Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

Bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Məlumata görə, aviabazanın "Su-30SM" qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, aviabazada olan "MiQ-29"ların hamısının "Su-30SM" qırıcıları ilə əvəzlənməsi planlaşdırılır/Report.



SON XƏBƏRLƏR