Ələt-Astara yolunda maşın maneəyə çırpılıb, 4 nəfər yaralanıb

img

22-04-2019 [23:50]


Ələt-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobilin havanın yağışlı olması səbəbindən yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1 ailənin 4 üzvü - Xırdalan şəhəri, Cavanşir küçəsində yaşayan 72 yaşlı Novruzova Qəmər, 45 yaşlı Novruzova Afət, 23 yaşlı Novruzova Nuranə və 6 aylıq körpə Ocaqverdiyeva Zeynəl Qafqaz qızı xəsarət alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR