Putin Zelenski ilə əməkdaşlıq edəcəkmi? - Kremldən açıqlama

22-04-2019 [23:07]
Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.

Bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir:

"Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır".

Azərtac


SON XƏBƏRLƏR