Türkiyənin Sürixdəki Baş konsulluğuna “Molotov kokteylləri” atılıb

img

22-04-2019 [20:58]


Türkiyənin İsveçrənin Sürix şəhərində yerləşən Baş konsulluğuna naməlum şəxslər tərəfindən "Molotov kokteylləri” atılıb.

Mia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə baş konsul Asiye Nurcan İpəkçi məlumat verib. 

Onun sözlərinə görə, Baş konsulluğun binası bundan əvvəl də bu cür hücumlara məruz qalıb. İnsidentin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Baş konsul bildirib ki, İsveçrə polisi insidentlə bağlı iki nəfəri saxlayıb, lakin onların şəxsiyyəti haqqında heç bir məlumat verilməyib. İpəkçi əlavə edib ki, hadisənin detalları barədə yaxın günlərdə məlumat veriləcək. O, Baş konsulluğun binasına zərər dəymədiyini, atılan "Molotov kokteyllərindən” birinin alışmadığını, digərinin isə qapıya dəyərək söndüyünü söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR