İstanbulda bina belə aşdı - FOTO

img

22-04-2019 [20:26]


Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi baş verib.

"Report” NTV-yə istinadən xəbər verir ki, nəticədə ətrafdakı dördmərtəbəli bina uçub.

Bununla yanaşı, avtomobil yolunun bir hissəsi çöküb, iki avtomobil dağıntılar altında qalıb. Xəsarət alan yoxdur.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İstanbul valiliyindən verilən məlumata görə, yaxınlığda təhlükədə olan daha 10 binanın sakinləri təxliyyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR