MHP liderindən Kılçdaroğluna hücuma sərt reaksiya: "Kimsə bizim adımızı hallandıra bilməz"

22-04-2019 [20:44]

MHP lideri Dövlət Baxçalı dünın Ankarada CHP lideri Kamal Kılçdaroğluna edilən hücumla bağlı yazılı açıqlama yayıb.

Mia.az xəbər verir ki, o, Kılıçdaroğluna olunan hücumun qəbuledilməz olduğunu bəyan edib. Bildirib ki, bu hadisənin bütün təfərrüatı dərindən araşdırılmalıdır: "Heç kim bu hadisədə gizli və açıq şəkildə partiyamızın adını hallandıra bilməz. Hücum bütün tərəfləri ilə incələnməli, heç bir gizli məqamlar qapalı qalmamalıdır. Əgər təxribat və mütəşəkkil planlanma varsa, mütləq üzə çıxarılmalıdır".



SON XƏBƏRLƏR