Şri-Lankadakı terrorda Avropanın milyarderlərindən birinin 3 övladı həlak olub

22-04-2019 [14:54]
Şri-Lankadakı məlum terror hücumları nəticəsində Danimarkanın ən zəngin vətəndaşı olan Anders Holx Povlsen dörd övladından üçünü itirib.

"Report” "The Mirror”a istinadən xəbər verir ki, Şotlandiyanın ən iri torpaq sahibi, "Bestseller” geyim dükanlar şəbəkəsinin sahibi, Böyük Britaniyanın "Asos.com” on-line geyim satışı portalının və Almaniyanın "Zalando” şirkətinin ən böyük səhmdarı olan 46 yaşlı Povlsenin ümumi varidatı 4,5 milyard funt təşkil edir.

Ayın 21-də Ester (Pasxa) bayramı münasibətilə Povlsenin Şri-Lankaya həyat yoldaşı, üç qızı və bir oğlu ilə gəlib. Kolombonun ən təmtəraqlı mehmanxanalarından biri terrorçuların hücumuna məruz qalıb. Nəticədə həlak olanlar arasında Povlsenin üç övladı da var. Danimarka Xarici İşlər Nazirliyi partlayışlar nəticəsində üç danimarkalının həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 21-də törədilən Şri-Lanka tarixində ən iri terror hücumu nəticəsində aralarında 30-dan çox əcnəbi olan 290 nəfər həlak olub.


SON XƏBƏRLƏR