Şri-Lankada eyni gündə 8 terror törədən qruplaşma bəlli oldu

22-04-2019 [14:09]
Şri-Lankada terror aktlarını "Milli Tavhid-Camaatı” adlı qruplaşma törədib.

Bunu Şri-Lanka hökumətindən bildiriblər.

Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.

Prezident Maytripala Sirisenanın mətbuat xidmətindən bildirilib ki, hökumət aprelin 23-dən fövqəladə vəziyyət rejimi tətbiq edəcək. 

Qeyd edək ki, aprelin 21-də Kolomboda 7 terrorçu-kamikadze kilsə və otellərdə terror aktı törədiblər. Polis terror nəticəsində 290 nəfərin öldüyü, 500-dən insanın yaralandığını açıqlayıb.

"Milli Tavhid-Camaatı” qruplaşması İraq və İordaniyada fəaliyyət göstərən silahlı təşkilatıdr. 1999-cu ildə İrodaniyada Əbu Musab əz-Zəkəriyyə tərəfindən qurulub/Report.


SON XƏBƏRLƏR