CHP lideri hücumun məqsədini açıqladı: "Dedilər, "gəl sizi kamuflajla çıxaraq..."" ,

img

22-04-2019 [14:02]


CHP lideri Kamal Kılıçdaroğlu dünın şəhid cənazəsində uğradığı hücumla bağlı sensasion iddia irəli sürüb.

Mia.az "Haberler.com"a istinadən xəbər verir ki, o, bu hücumda məqsədin CHP-ni küçələrə çıxarmaq olduğunu deyib: "Bəli, bu planlı bir hücum idi. Təhlükəsizlik tədbirləri də yetərli deyildi. Məqsəd mənə hücum etməklə CHP-liləri küçələrə çıxarmaq idi".

Kılıçdaroğlu daha sonra deyib ki, ona qarşı etirazlar ola bilər, ancaq bu hücum tamam fərqli hadisə idi: "Nazirlər (Müdafiə naziri Hulusi Akar da orada olub-red.) və jandarma komutanları ordaykən, evdə çıxarılmağım niyə 1.5 saat sürdü? Evdəkilər "evimizi yandırılırmı?" qorxusu yaşadı. Mənə çox hörmətlə yanaşdılar, çay dəmlədilər. Ancaq içmədən çıxmağım gərəkirdi. Evə polis rəisi gəldi. Mənə "sizi kamuflajla çıxaraq" dedilər, qəbul etmədim. "Necə gəlmişəmsə, elə çıxacam" dedim".

Daha sonra CHP lideri orada baş verənlər barəıdə Akara sual ünvanlamaq vacibliyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR